Neon Agency və Cosplay Club Baku Azərbaycanda ilk dəfə Kontakt Home-un dəstəyi ilə Şaxta babanın evini açıb - VİDEO

Bakı şəhərində ilk dəfə Şaxta babanın evi təqdim olundu! 11 dekabr tarixində "RedCup" kafedə Neon Agency ilə CosPlay Club-ın birgə təşkil etdiyi "Şaxta babanın sirri" adlı layihəsinin möhtəşəm açılışı oldu!
Hər gün baba bütün qonaqları öz evində qarşılayır, dostları elflər və nağıl qəhrəmanları isə onları müsabiqələr, interaktiv oyunlar və rəqslərlə əyləndirir! Bütün uşaqlar həm sevimli personajları ilə şəkil çəkdirmək, həm də əylənmək imkanı əldə edirlər!
Xoşbəxtliyimizi çoxaldmaq üçün paylaşırıq!
Məhz buna görə də Kontakt Home-un sponsorluğu ilə birlikdə Qadın və Uşaq sığınacağının qonaqları üçün əyləncə təşkil edildi. Hər kəs əylənə, qayğıları unuda, rəqs edə, oyunlar oynaya, həmçinin Şaxta babaya əziz arzularla məktub yaza bildi. Bu gündə hər kəs özünə uşaq olmağa icazə verdi.
London üslubunda bəzədilmiş ev bütün qonaqlar tərəfindən seviləcək! 50-dən çox animatorun şouları, dj-dən ən yaxşı performans, foto zona və dekorasiyalar əsl Yeni il nağılı ab-havası yaradır.
Bu sehrli şouda iştirakın qiyməti 12 AZN-dən başlayır, qiymətə 1 uşaq və 1 valideyn üçün giriş daxildir.
Ünvan: RedCup Baku (Fəvvarələr meydanı/ Nizami küç. 73).
Şaxta baba yanvarın 15-dək şəhərimizdə qalacaq və hər kəsi gözləyəcək! Övladlarınızla onu görməyə gəlin və məktubuzu ona şəxsən verin.
Müxtəlif paket üçün biletlər və əlavə məlumat üçün Neon Agentliyinə (@neon__agency) müraciət edə bilərsiniz, həmçinin iticket.az saytından əldə edə bilərsiniz.
Reklam hüququnda