Polis yaşayış yerini tərk edən koronavirus xəstəsini aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis yaşayış yerini tərk edən koronavirus xəstəsini aşkarladı

Qafar Ağayev10:40 - 31 / 12 / 2021
Polis yaşayış yerini tərk edən koronavirus xəstəsini aşkarladı

Sabirabad rayon sakini Xanlar Zeynalova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər