Azərbaycanda 2022-ci ilin ilk körpələri doğulub - FOTO - VİDEO - YENİLƏNİB
Azərbaycanda bu ilin ilk dünyaya gələn körpələri yarımçıq doğulduğu üçün küvezdə saxlanılır.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Gəncə şəhər Regional Perinatal Mərkəzinin həkimi Gülşən Qədimova deyib.
Həkim qeyd edib ki, bu ilin ilk dünyaya gələn əkiz körpələrini Bərdə rayon Qarağacı kənd sakini Kərimova Gültəkin Tofiq qızı dünyaya gətirib:
“33 həftəlik hamiləlik sonunda anaya təcili qeysərliyə əməliyyatı olunub. Hər iki uşağın cinsi oğlandır. Uşağın biri 1 kiloqram 900 qram, digəri 1 kiloqram 600 qram çəki ilə dünyaya gəlib. Uşaqlar yarımçıq doğulduğu üçün küvezdə saxlanılır. Oksigen dəstəyi alırlar, vəziyyətləri orta-ağır dəyərləndirilir. Uşaqlar saat 02:00-da dünyaya gəlib".
12:43
Azərbaycanda 2022-ci ildə ilk doğulan uşaqlar əkiz olub.
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən 1news.az-av erilən məlumata görə, ilin ilk körpəsi oğlandır. Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir (ana Bərdə rayon Qarağacı kəndi).
Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.