Qubadlıda öldürülən hərbçinin anası: Oğlum nümunəvi əsgər idi, Vətən müharibəsində də iştirak etmişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlıda öldürülən hərbçinin anası: Oğlum nümunəvi əsgər idi, Vətən müharibəsində də iştirak etmişdi

S.Xankişiyeva15:17 - 03 / 01 / 2022
Qubadlıda öldürülən hərbçinin anası: Oğlum nümunəvi əsgər idi, Vətən müharibəsində də iştirak etmişdi

Qubadlıda hərbçi yoldaşı Elxan Əzizli tərəfindən qətlə yetirildiyi bildirilən 22 yaşlı gizir Rəfail İbrahimovun anası Zeynəb İbrahimova oğlu haqda danışıb:

“Son danışığı bayram günü oldu. Deyirdi ki, hər şey yaxşıdı, özüm də yaxşıyam. Hərbi xidməti dövründə də nümunəvi əsgər olduğuna görə fəxri fərmanlarla təltif olunmuşdu. 44 günlük Vətən müharibəsində də iştirak edib. Laçın rayonunun Güləbird kəndində xidmətində idi.

Nümunəvi əsgər olduğuna görə hərbi xidmətini başa vurduqdan sonra qalıb orduda xidmətini davam etdirirdi. Oğlum evin tək övladı, hətta nəslin yeganə oğul övladı idi. Balam gənc idi, çoxlu arzuları vardı. Sərhəd qoşunlarında xidmət edirdi”.

Rəsmi açıqlamaya görə, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

E.Əzizli hadisə yerindən qaçsa da, Laçın rayonu ərazisində saxlanılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Qubadlıda 3 hərbçi yoldaşını öldürüb qaçan şəxs saxlanıldı

Paylaş:
445

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09
Bütün xəbərlər