Xaçmazda Samur-Abşeron kanalında qadın batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda Samur-Abşeron kanalında qadın batıb

Qafar Ağayev13:20 - 04 / 01 / 2022
Xaçmazda Samur-Abşeron kanalında qadın batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər