Azərbaycanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artıb
Azərbaycanda hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı açıqlanıb.
1news.az xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 1003,3 min və ya 81,2 faiz çox sərnişin daşınıb.
Daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 18,4 faiz artaraq 471,3 min ton olub.
673