Koronavirusla bağlı müraciətlər xeyli azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusla bağlı müraciətlər xeyli azalıb

Qafar Ağayev15:47 - 05 / 01 / 2022
Koronavirusla bağlı müraciətlər xeyli azalıb

Koronavirusla bağlı müraciətlər xeyli azalıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayımda deyib.

Onun sözlərinə görə, son günlərdə koronavirusa yoluxmaların sayında da azalma olub.

"Ağırlaşmalar azdır. Kəslkin respirator xəstəlik səbəbindən hərarətlə bağlı müraciətlər olur. Bunlar mövsümi qriplə bağlıdır. Əslində, müraciətlərin olması müsbət bir haldır. Hər insan özündə müəyyən əlamətlər hiss edirsə, klinikaya və ya təcili yardıma müraciət edir. Bu, onu göstərir ki, insanlar artıq maariflənib", - deyə o vurğulayıb.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər