Ötən gün 29 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 29 nəfər toya buraxılmadı

Qafar Ağayev09:26 - 05 / 01 / 2022
Ötən gün 29 nəfər toya buraxılmadı

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Monitorinq 116 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 29 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər