Səhiyyə Nazirliyi bir dərmanın ölkədə satışını dayandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi bir dərmanın ölkədə satışını dayandırıb

Qafar Ağayev10:39 - 05 / 01 / 2022
Səhiyyə Nazirliyi bir dərmanın ölkədə satışını dayandırıb

“Sanofi” şirkəti tərəfindən davam edən tədqiqatlara əsasən, “Lozap®” ticari adlı “Losartan potassium” - 50 mg tərkibli (№30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan) dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimumunun limitdən çox olması ehtimal edilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən 1news.az-a verilən xəbərə görə, bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitələrinin geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər