Pulunun oğurlanması ilə bağlı polisə məlumat verdi, özü saxlanıldı - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Pulunun oğurlanması ilə bağlı polisə məlumat verdi, özü saxlanıldı - SƏBƏB

Qafar Ağayev11:49 - 05 / 01 / 2022
Pulunun oğurlanması ilə bağlı polisə məlumat verdi, özü saxlanıldı - SƏBƏB

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər