Azərbaycanın pullu olacaq yolunda işlər hansı mərhələdədir? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın pullu olacaq yolunda işlər hansı mərhələdədir? - AÇIQLAMA

Qafar Ağayev13:20 - 06 / 01 / 2022
Azərbaycanın pullu olacaq yolunda işlər hansı mərhələdədir? - AÇIQLAMA

“Yeni inşa edilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda tikinti işləri davam edir”.

Bunu 1news.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

“Yolun ilk 30 kilometrlik hissəsi hazırdır, 60 kilometr hissə yekunlaşmaq üzrədir. Digər 60 kilometr hissədə isə tikinti işləri davam edir”.

A.Nəcəfli bildirib ki, hazırda fəaliyyət göstərən Bakı-Quba yolu hissə-hissə təmir olunur.

“Yolun Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan hissəsi təmir olunub. Hal-hazırda Sumqayıt şəhərindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazsinə qədər olan hissədə yenidənqurma işləri aparılır. Orada yol genişləndirilir, 4 hərəkət zolağı yenidən inşa olunur. Bu işlər hissə-hissə davam etdiriləcək. Yolun saxlanılması üzrə də işlər davam etdirilir. Harada mümkündür, normal hərəkətin təşkili üçün müəyyən təmir işləri cari orta təmir işləri yol boyu davam etdirilir. Bu sadəcə müvəqqəti xarakter daşıyır. Əsasən Qubadan Bakı istiqamətinə yolun örtüyü ürəkaçan deyil. Ona görə də o istiqamətlərdə əsaslı yenidənqurma işləri görülməlidir”.

Anar Nəcəfli

Xatırladaq ki, inşası davam etdirilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun gələcəkdə ölkənin ilk ödənişli yolu olacağı bildirilir.

Paylaş:
869

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər