Yanvarın 6-na olan koronavirus statistikası AÇIQLANDI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 619 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8422 nəfər vəfat edib, aktiv xəstə sayı 7174 nəfərdir.
Ölkədə son sutka ərzində 12044, hazırkı dövrədək isə 5 911 227 test aparılıb.
Azərbaycanda ötən gün 33 482 nəfərə vaksin vurulub
719