Ötən gün 3 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 3 nəfər toya buraxılmadı

Qafar Ağayev09:11 - 06 / 01 / 2022
Ötən gün 3 nəfər toya buraxılmadı

Yanvarın 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, monitorinq 82 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 3 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər