Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb

Qafar Ağayev12:05 - 07 / 01 / 2022
Evlərdən oğurluq edən Masallı sakini saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 yaşayış evindən oğurluq edən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndi ərazisindəki evlərin birindən 1800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Paşayev saxlanılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə H.Paşayevin digər oğurluq əməllərinin də üstü açılıb. Onun müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 yaşayış evindən məişət əşyaları oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər