Müdafiə Nazirliyi: Azərbaycan tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması barədə məlumat yalandır | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Azərbaycan tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması barədə məlumat yalandır

Qafar Ağayev15:15 - 10 / 01 / 2022
Müdafiə Nazirliyi: Azərbaycan tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması barədə məlumat yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur" -deyə, qeyd olunub.

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər