İşğaldan azad edilən ərazilərdə daha 12 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad edilən ərazilərdə daha 12 mina aşkarlanıb

Qafar Ağayev17:06 - 10 / 01 / 2022
İşğaldan azad edilən ərazilərdə daha 12 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 6, tank əleyhinə 6 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 57,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər