Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev14:56 - 11 / 01 / 2022
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu zaman sürücü idarə etdiyi yük avtomobilində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində müxtəlif adda 1 161 qutu və 1 294 konvolyut dərman preparatları aşkarlanıb.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər