Hacıqabulda narkotik satanlar saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda narkotik satanlar saxlanıldı

09:36 - 11 / 01 / 2022
Hacıqabulda narkotik satanlar saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 6 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Nəcəfov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib. Dindirilmə zamanı M.Nəcəfov narkotik maddəni tanışı Hüseyn adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hüseyn Osmanov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 1kiloqram 28 qram olan heroin, bundan əlavə 17 bükümdə heroin və “patı” adlanan psixotrop maddə metamfetamin, bir kibrit qutusunda qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan 4 nəfər rayon sakini – Elvin Mehdiyev, Mübariz Abasov, Əlihəsən Cəfərov və Azər Həsənov saxlanılıblar. Saxlanılan şəxslərdən heroin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
465

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər