Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb

10:17 - 11 / 01 / 2022
Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmağa qərar verib.

AZAL-dan verilən məlumata görə, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

1news.az

Paylaş:
274

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər