Xəstəxanalarda sabit aylıq həvəsləndirici əlavələr verilən işçilərin əhatə dairəsi genişləndirilib - YENİLƏNİB
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda (Qayda) dəyişiklik edilib.
Agentlikdən 1news.az-a verilən məlumata görə, yeni dəyişikliyə əsasən tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən tibb və qeyri tibb işçilərinin əhatə dairəsi genişləndirilib.
Belə ki, aşağıda qeyd edilən 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Yeni qərar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.
1) Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
2) K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
3) Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
4) Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
5) Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
6) V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
7) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
8) Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı 8 vəzifə üzrə çalışan 470-dən çox işçiyə şamil olunur:
№ |
İxtisasın/vəzifənin adı |
Sabit aylıq həvəsləndirici əlavələrin məbləği (manat) |
1 |
Elmi şöbənin müdiri |
500,00 |
2 |
Baş elmi işçi |
400,00 |
3 |
Aparıcı elmi işçi |
350,00 |
4 |
Böyük elmi işçi |
300,00 |
5 |
Elmi işçi |
250,00 |
6 |
Kiçik elmi işçi |
200,00 |
7 |
Laborant (böyük laborant daxil olmaqla) |
150,00 |
8 |
Qeyri-tibb işçiləri |
100,00 |
Nümunə 1: Məsələn, elmi şöbənin müdirinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 14-17-ci dərəcələr arası 423-529 manat təşkil edir. Əlavə olaraq 500 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 923-1029 manat arası təşkil edir.
Nümunə 2: Baş elmi işçinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 16-17-ci dərəcələr arası 457-529 manat təşkil edir. Əlavə olaraq 400 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 857-929 manat arası təşkil edir.
Qeyd edək ki, bu Qaydaya edilən sayca üçüncü dəyişiklikdir. Səhiyyə işçilərinin əməkhaqlarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, onların maddi rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
17:33
Tibb müəssisələrinin elmi şöbələrində çalışan işçilərin əmək haqlarına sabit aylıq həvəsləndirici əlavələrin məbləği müəyyən edilib.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası”nda dəyişiklik edilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasına tapşırılıb ki, bir ay müddətində işçilərinə sabit aylıq həvəsləndirici əlavələrin məbləğləri ilə bağlı təkliflərini İTSDA-ya təqdim etsinlər.
Qərarın icrasına nəzarət İcbari Tibbi Sığorta üzrə Dövət Agentliyinin sədr müavini Nigar Bayramovaya həvalə edilib.
Tibb müəssisələrinin elmi şöbələrində çalışan işçilərinin əmək haqlarına sabit aylıq həvəsləndirici əlavələrin məbləği aşağıdakı kimi müəyyən edilib: