Şadlıq sarayının rəhbəri həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şadlıq sarayının rəhbəri həbs edildi

Qafar Ağayev09:28 - 12 / 01 / 2022
Şadlıq sarayının rəhbəri həbs edildi

Yanvarın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 84 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 80 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 6 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər