Sumqayıt sakini tanışı tərəfindən qətlə yetirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt sakini tanışı tərəfindən qətlə yetirildi

Qafar Ağayev10:04 - 12 / 01 / 2022
Sumqayıt sakini tanışı tərəfindən qətlə yetirildi

Yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər