Şamaxıda uçqun baş verən yolda bərpa işi nə zaman yekunlaşacaq? - Agentlik cavab verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda uçqun baş verən yolda bərpa işi nə zaman yekunlaşacaq? - Agentlik cavab verdi

Qafar Ağayev14:49 - 13 / 01 / 2022
Şamaxıda uçqun baş verən yolda bərpa işi nə zaman yekunlaşacaq? - Agentlik cavab verdi

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.

"Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub", - məlumatda qeyd edilir.

Paylaş:
544

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb

12 / 03 / 2025, 17:42
Bütün xəbərlər