Qız uşaqlarının itkin düşməsi ilə bağlı artım indeksi müşahidə edilmir - DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Qız uşaqlarının itkin düşməsi ilə bağlı artım indeksi müşahidə edilmir - DİN

S.Xankişiyeva12:07 - 13 / 01 / 2022
Qız uşaqlarının itkin düşməsi ilə bağlı artım indeksi müşahidə edilmir - DİN

Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib.

1news.az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.

Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.

"Xüsusən valideynlər diqqətli olmalı, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - DİN rəsmisi vurğulayıb.

Paylaş:
765

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər