Metroda sərnişinlərin sənədləri niyə yoxlanılır? - RƏSMİ CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda sərnişinlərin sənədləri niyə yoxlanılır? - RƏSMİ CAVAB

12:24 - 13 / 01 / 2022
Metroda sərnişinlərin sənədləri niyə yoxlanılır? - RƏSMİ CAVAB

Koronavirus pandemiyasının davam etməsi, eləcə də ölkəmizdə bu virusun “Omikron” ştammının aşkarlanması pandemiya qaydalarına daha ciddi riayət etməyimizi tələb edir.

Lakin təəssüf ki, heç də hamı bu fikirdə deyil. Bəzi şəxslər isə virus daşıyıcısı ola-ola insanların çox olduğu ictimai yerlərə getməkdən belə çəkinmirlər. Bu da təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini zəruri edir. Buna görədir ki, Bakı Metropoliteninin bəzi stansiyalarında sərnişinlər polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra stansiyaya daxil olurlar. Nə qədər qəribə olsa da bu haldan narazı olanlar da var.

Məsələ ilə bağlı 1news.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev da bildirdi ki, Metropolitenin bəzi stansiyalarında vətəndaşların sənədlərinin yoxlanılmasında məqsəd vətəndaşların təhlükəsizliyinin qorunması, virusun yayılmasının qarşısının alınmasıdır. Onun sözlərinə görə, aktiv koronavirus xəstələrinin ictimai yerlərə çıxması, metropolitenin bəzi stansiyalarına yaxın ərazilərdə yaşayan aktiv koronavirus xəstələri ilə bağlı polis orqanlarına daxil olmuş siqnallar üzrə müvafiq profilaktik tədbirlərin keçirilməsi daim diqqətdə saxlanılır və metropolitenin bəzi stansiyalarında sərnişinlərin yoxlanılması zərurəti yaranır:

“Hansısa vətəndaşın, Metropolitendən istifadə edən şəxsin sənədləri o zaman yoxlanılır ki, hansısa bir hüquqazidd hal var. Ancaq indiki halda aktiv koronavirus xəstələrinin ictimai yerlərdə, xüsusən də metrostansiyalara daxil olması ilə bağlı məlumatlar daxil olduqda həmin stansiyalarda ciddi yoxlamalar aparılır ki, virus daşıyıcısı olan şəxslər müəyyən olunsun və müalicə təyin olunan ünvana qaytarılması təmin edilsin”.

Şöbə rəisinin sözlərinə görə, ötən il ancaq metropolitenin girişində və stansiyalarında koronavirus daşıyıcısı olan 50-yə yaxın şəxs saxlanılaraq müalicə təyin olunan ünvanlara qaytarılması təmin edilib:

“Aşkar olunan koronavirus xəstələri müxtəlif bəhanələr gətirməklə məsuliyyətdən yayınmağa çalışırlar. Onlar barəsində müvafiq araşdırmalar aparılır. Əgər başqa şəxsləri yoluxdurublarsa, insanların çox olduğu yerlərə daxil olublarsa və infeksiya riski ilə bağlı təhlükəli vəziyyət yaradıblarsa cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar və barələrində istintaq hərəkətləri aparılır. Bir daha vətəndaşları pandemiya ilə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, aktiv koronavirus xəstələrini isə yüksək infeksiya riski şəraitində metropolitenə və ictimai nəqliyyata daxil olmamağa çağırırıq”.

B.Cahandarov

Paylaş:
2395

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər