Şənbə gününün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb

13:52 - 14 / 01 / 2022
Şənbə gününün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

1news.az

Paylaş:
287

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər