Oxumuruq, oxumağa kitab tapmırıq? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumuruq, oxumağa kitab tapmırıq? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO

S.Xankişiyeva09:00 - 14 / 01 / 2022
Oxumuruq, oxumağa kitab tapmırıq? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO

Biz niyə kitab oxumaq mədəniyyətindən bu qədər uzaq düşdük və onun haqqında artıq keçmiş zamanda danışmağa başladıq?

Məgər indi ölkədə kitab nəşr edən nəşriyyatlar, yaxud satılan mağazalar yoxdur? Bəlkə, daha yazıçılar, şairlər kitab yazıb çap etdirmir? Bəlkə, daha kitab oxumaq istəməyən oxucular yetişdirib yeni zaman?!

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Oxumuruq, oxumağa kitab tapmırıq?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azər Qismət - yaziçi, telejurnalist, Nigar Köçərli - "Əli və Nino" kitab mağazalar şəbəkəsinin təsisçisi, Tariyel Əliyev - onlayn kitab satiçisi və Akif Uluçay - şair, kulis.az saytinin redaltoru mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər