Xocavənddə silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə silah-sursat aşkar edilib

Qafar Ağayev11:31 - 14 / 01 / 2022
Xocavənddə silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.

Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər