“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu

Qafar Ağayev15:23 - 17 / 01 / 2022
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu

Dubai Expo sərgi məkanının “Terra Auditorium” zalında Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif ölkələrin film sektorunun nümayəndələri iştirak ediblər.

1news.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov tədbirdə çıxış edərək bu təşəbbüsün Azərbaycanın “film turizmi” potensialını üzə çıxaracağını, ölkəmizə bu istiqamətdə sərmayəni artıracağını və iqtisadi baxımdan əlverişli imkanlar yaradacağını qeyd edib. O, yarandığı bir il ərzində Film Komissiyasının artıq ABŞ, Türkiyə, Hindistan, Livan və digər ölkələrin kinematoqrafçıları ilə Azərbaycan ərazisində film çəkilişini təşkil etdiklərini dilə gətirib. 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan böyük büdcəli bir filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb.
Dünyanın əksər ölkələrində Film Komissiyaları aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvar ayında Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Milli kinematoqrafiyanın inkişaf etdirilməsi və dünya kinosuna inteqrasiyası baxımından çox vacib olan bu addım kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq.

Yanvar ayının 11-də keçirilən tədbir artıq öz bəhrəsini verir. Monteneqronun və BƏƏ-nin bir neçə aparıcı film şirkətləri ilə ortaq layihələr müzakirə olunur.

Paylaş:
387

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər