Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Qafar Ağayev15:54 - 17 / 01 / 2022
Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuzikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Paylaş:
544

Son xəbərlər

Müşfiq Abbasov həbs edildi

23 / 02 / 2026, 17:57
Bütün xəbərlər