10 gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

10 gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb

Qafar Ağayev17:51 - 17 / 01 / 2022
10 gün əvvəl kanalda batan şəxsin meyiti tapılıb

On gün əvvəl yol qəzası nəticəsində Xızıda kanalda batan şəxsin meyiti tapılıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər