Bərdədə sənədsiz silahlar müsadirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə sənədsiz silahlar müsadirə olunub

Qafar Ağayev14:05 - 18 / 01 / 2022
Bərdədə sənədsiz silahlar müsadirə olunub

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı, birinin qundağı və lüləyi kəsilmiş, ümumilikdə, 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər