Sonuncu Amnistiya Aktı ilə azadlığa buraxılanların sayı açıqlanıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sonuncu Amnistiya Aktı ilə azadlığa buraxılanların sayı açıqlanıb – STATİSTİKA

S.Xankişiyeva17:10 - 18 / 01 / 2022
Sonuncu Amnistiya Aktı ilə azadlığa buraxılanların sayı açıqlanıb – STATİSTİKA

Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 9 263 nəfərə tətbiq edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 4 022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

Amnistiyanın tətbiqi nəticəsində 7 529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1 728 nəfərin isə cəzası azaldılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı - TAM MƏTN

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər