İşğaldan edilmiş ərazilərə səfərlər polis müşayiəti ilə həyata keçiriləcək
"İşğaldan azad edilmiş ərazilərə avtobus səyahətləri polis tərəfindən müşayiət ediləcək".
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.
"İşğaldan azad edilmiş ərazilərə giriş zamanı biletlərin və bilet almış şəxslərin eyniliyi yoxlanılacaq" - E.Məmmədov əlavə edib:
"Avtobus sürücüləri azad edilmiş ərazilərdə hərəkətlə bağlı məlumatlandırılacaq.Eyni zamanda avtobuslarda polis əməkdaşları olacaq. Burada məqsəd həmin səfər zamanı hansısa problemin olmasının qarşını almaqdı".
331