Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

S.Xankişiyeva14:15 - 19 / 01 / 2022
Goranboyda minaya düşən gəncin son durumu açıqlanıb

Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda stabildir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər