Tərtərdə məktəbli qız qaçırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə məktəbli qız qaçırılıb

S.Xankişiyeva16:04 - 19 / 01 / 2022
Tərtərdə məktəbli qız qaçırılıb

Tərtər rayonunda məktəbli qız qaçırılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Bakıda 15 yaşlı qız qaçırılıb
Qız uşaqlarının itkin düşməsi ilə bağlı artım indeksi müşahidə edilmir - DİN

Ailəsi bu qızı axtarır – FOTO

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər