Bakıda ağır yol qəzası: 3 nəfər öldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağır yol qəzası: 3 nəfər öldü - FOTO

10:33 - 19 / 01 / 2022
Bakıda ağır yol qəzası: 3 nəfər öldü - FOTO

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Paylaş:
346

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər