Qubadlıda yeni qərargah bina­sı istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlıda yeni qərargah bina­sı istifadəyə verilib - FOTO

S.Xankişiyeva10:57 - 19 / 01 / 2022
Qubadlıda yeni qərargah bina­sı istifadəyə verilib - FOTO

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhəd­lərimizin iş­ğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması isti­qamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) 1news.az-a verilən məlumata görə, 18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah bina­sı istifadəyə verilmişdir.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə etmişdir. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik etmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublika­sının Prezidenti Silahlı Qüv­və­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırığına uyğun olaraqazad edilmiş ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbir­lərin həyata keçiril­diyini qeyd etmiş, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayon­larının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başla­masını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ötən il ərzində işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələ­lərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğu­lan­mışdır.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğur­la icra edərək qəhrəmanlıq sal­namələri yazmış sərhədçilərin bu gün də düşmən tapda­ğından azad olunmuş müqəd­dəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunmuşdur.

Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilmişdir. Burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunmuşdur. Ərazidə abadlıq iş­ləri aparılmış, asfalt örtüyü salınmış, ağaclar əkilmişdir.

İnzibati binanın qarşısında ucaldılmış Dövlət Sərhəd Xidmətinin Vətən Müha­ribəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə qarşısına güllər düzülmüşdür.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstə­rmiş, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının Azərbay­can Res­pub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayon­larının azad olunmasında fərqləndiklərinə görə təltif edil­miş medalları təqdim olunmuşdur.

Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilmiş, onlarla xati­rə fotoşəkilləri çəkilmiş və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” mu­si­qisinin sədaları altında xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salın­­mışlar.

Paylaş:
406

Son xəbərlər

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21
Bütün xəbərlər