“Azərişığ”ın göstərdiyi bəzi xidmətlər elektron hökumət portalına inteqrasiya olunub
"Göstərdiyimiz bəzi xidmətlər elektron hökumət portalına inteqrasiya olunub".
1news.az xəbər verir ki, Azərişıq" ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.
"Vətəndaşlar E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda Azərişıq ASC Elektron Hökumət Portalına “Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi” və sairə kimi xidmətləri inteqrasiya etmiş və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulub". İ.İsazədə deyib ki, xidmətlərin elektron sistemə inteqrasiyası sahibkarların işinini sadələşdirir. "Bu da birbaşa sahibkarların inkişafına təsir edir"