Tovuzda avtomobil qaçıranlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda avtomobil qaçıranlar saxlanılıb

Qafar Ağayev13:02 - 20 / 01 / 2022
Tovuzda avtomobil qaçıranlar saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinə yanvarın 19-da şəhər ərazisindən Aşağı Öysüzlü kənd sakini İ.Yusifə məxsus “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini A.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Tovuz RPŞ-də araşdırma aparılır.

Paylaş:
382

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər