Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib

Qafar Ağayev13:21 - 20 / 01 / 2022
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib

Bu il may ayının 26-29 tarixlərində, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Teknofest Festivalına ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcəkdir!

1news.az-ın məlumatına görə, “Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Artıq, Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib.

*Festival çərçivəsində təşkilatçı tərəf olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi potensial tərəfdaşlar və yarışların iştirakçıları ilə danışıqlar başlanıb.

Beləliklə, 2022 ildə yarışlar növbəti 10 müsabiqə üzrə keçiriləcək və qeydiyyat 17 fevraladək davam edəcəkdir.

10-dan çox müsabiqə iştirakçıları arasına qoşulmaq üçün teknofest.az saytından indi qeydiyyatdan keçmək olar:

Baku Skills

Robotics Baku

GreenTech

AgroTech (Aqro texnologiyalar)

Pilotsuz uçuş aparatları

Peyk modelləşdirilməsi

Sosial yönümlü texnologiyalar

European Cyber Cup

Smart Karabakh Hakatlon

Planer

Take off Beynəlxalq Sammit

Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul uduşları nəzərdə tutulub.Müsabiqədə iştirak edən hər kəsə iştirak haqqında sertifikat veriləcəkdir.Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər.

Festivalın ən əsas məqamlardan biri odur ki, burada gənclər, tələbələr, məktəblilər, startaplar və sahibkarlar üçün böyük və yeni fürsətlər açılacaq, meydan veriləcək.

Böyükmiqyaslı festival Bakıda 26-29 may 2022-ci il tarixində Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçiriləcək!

Böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərə siz də dəvətlisiniz!

Festivalda bizi nələr gözləyir:

Türk və azərbaycanlı pilotların təqdimatında möhtəşəm avia-şou;

Yarış və müsabiqələrin möhtəşəm final mərhələləri;

Əyləncəli attraksionlar;

Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi;

Beynəlxalq startap sammiti;

2000 kv.m əhatə edən Azərbaycan və Türkiyənin aparıcı texnologiya

şirkətlərin nailiyyətlərinin nümayişi üçün nəzərdə tutulan böyük məkan;

Azərbaycan və Türkiyə şou biznesinin parlaq ulduzlarının iştirakı ilə təşkil olunan konsert və digər sürprizlər!

"Teknofest" Aerokosmik və Teknologiya Festivalı Bakıda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Yarışlar üzrə əsas tərəfdaşlarımız: Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azintelecom MMC, Azərcosmos ASC, Təhsil Nazirliyi, Aviasiya Akademiyası, ADA universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Beynəlxalq Bank, Kiçik və Orta biznesin inkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi.

Paylaş:
399

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər