Oğurluq dəmir barmaqlıqları alan metal qəbulu məntəqəsinin sahibi istintaqa cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluq dəmir barmaqlıqları alan metal qəbulu məntəqəsinin sahibi istintaqa cəlb edilib

Qafar Ağayev14:56 - 20 / 01 / 2022
Oğurluq dəmir barmaqlıqları alan metal qəbulu məntəqəsinin sahibi istintaqa cəlb edilib

Xəzər rayonunda Buzovna-Zaqulba yolunun kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlığın oğurlanması ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, yanvarın 1-dən 5-dək olan müddətdə baş verən oğurluq hadisəsi barədə müvafiq dövlət qurumundan polisə daxil olan şikayətdə yol infrastrukturuna ümumilikdə 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.

Həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov Xəzər Rayon Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb. Əməliyyat tədbirlərinin davamında Şahin Şəfaqətovun dəmir barmaqları satdığı metal qəbulu məntəqəsinin sahibi Toğrul Musayev də saxlanılıb. O, ifadəsində oğurluq dəmir barmaqlıqları aldığını etiraf edib.

Toğrul Musayev barəsində Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi ilə cinayət işi başlanıb.

Oğurluqda iştirakı olan digər şəxsin saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
480

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər