Bakının bu avtomagistrallarda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu avtomagistrallarda sürət həddi endirilib

Qafar Ağayev09:29 - 20 / 01 / 2022
Bakının bu avtomagistrallarda sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi Məlumat yayıb.

Bildirilib ki, bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyyatlı olmalarını tövsiyə edilir.

Hərəkıtin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meterioloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Paylaş:
412

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər