Səhiyyə naziri karantin rejimindən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə naziri karantin rejimindən danışdı

S.Xankişiyeva11:25 - 20 / 01 / 2022
Səhiyyə naziri karantin rejimindən danışdı

Dünyanın başqa ölkələrində də “Omikron” ştammı geniş yayılıb və digər ştammlardan fərqli olaraq yoluxuculuğu daha üstündür.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, “Omikron” ştammı ilə bağlı rəqəmlər artmaqdadır:

"Ona görə hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir. Karantin rejiminin daha da sərtləşdirilməsinə əsas yoxdur, vəziyyət nəzarət altındadır. Mövcud olan çarpayı fondu, reanimasiya çarpayı fondu, tələb olunan tibbi avadanlıq və dərman təchizatı ən yüksək səviyyədədir. Bu baxımdan bir problem yoxdur.

Təbii ki, yoluxmaların gedişatı növbəti addımların atılmasını müəyyən edəcək”, - deyə nazir bildirib.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər