Soçidə ikinci tura yüksələn “Şuşa” KVN komandası niyə “Buta” oldu?

Bakının “Şuşa” KVN klubu Rusiyanın Soçi şəhərində keçirilən “KİVİN-2022” festivalında ikinci tura yüksəlib.
Lakin komandamız ikinci tura yüksəldikdən sonra festivalın rəsmi saytında “Şuşa” deyil, “Buta” adı ilə qeyd edilib.
Kvn.ru səhifəsində də bununla bağlı məlumat yerləşdirilib: “Buta” (Azərbaycan) - komanda adını dəyişmək qərarına gəlib.
Sosial şəbəkələrdə komandamızın adının təşkilatçıların təzyiqindən sonra dəyişdiyi bildirilib.
Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə əkinə, sevincinə səbəb olub.
Qeyd edək ki, sözügedən lomandanın rəhbəri məşhur ssenarist və prodüser Müşviq Abbasovdur.
Xatırladaq ki, 2022-ci il ölkəmizdə “Şuşa şəhəri ili” elan edilib.
1news.az