Bakıda daha bir məktəbdə əyani dərslər bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəbdə əyani dərslər bərpa olunub

Qafar Ağayev13:20 - 21 / 01 / 2022
Bakıda daha bir məktəbdə əyani dərslər bərpa olunub

Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

Bu barədə 1news.az-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Belə ki, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda deyilir.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər