www.yolumuzqarabaga.az portalı istifadəyə verilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

www.yolumuzqarabaga.az portalı istifadəyə verilib - VİDEO

17:30 - 21 / 01 / 2022
www.yolumuzqarabaga.az portalı istifadəyə verilib - VİDEO

İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanıb.

"ASAN xidmət"dən verilən xəbərə görə, portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir. Portal vasitəsilə bilet sifarişini 3 addımda reallaşdırmaq mümkündür: Portala giriş, biletin seçimi və ödəniş. Portaldan istifadə isə bağlı daha ətraflı məlumatla təlimat videosunda tanış olmaq mümkündür:

Vətəndaşın aldığı bilet haqqında məlumat onun şəxsi kabinetində görünəcək. Həmçinin bilet haqqında məlumat portalda qeyd edilən mobil nömrəyə SMS-lə göndərilir. Biletinin pdf forması isə vətəndaşın portalda qeyd etdiyi e-mail ünvanına göndərilir.

Biletin üzərində QR kod yerləşdirilib. QR kod vasitəsilə vətəndaşın aidiyyati məntəqələrdə biletinin yoxlanışı daha operativ şəkildə həyata keçiriləcək.

Səfərlər yalnız COVID-19 pasportlarına (vaksin, immunitet və ya əks göstəriş sertifikatları) malik vətəndaşlar üçün mümkün olacaq. Habelə səfərlər Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, həmçinin Qarabağ müharibəsi əlilləri üçün ödənişsiz olacaq. Bu istiqamətdə yoxlamalar vətəndaşların rahatlığı üçün elə sistem üzərindən real vaxt rejimində yoxlanacaq.

Yoxlama www.yolumuzqarabaga.az portalına aidiyyati qurumların sistemlərinin inteqrasiya olunması sayəsində baş tutacaq, beləliklə, vətəndaşlar bu istiqamətdə əlavə yoxlamalardan azad olacaqlar.

1news.az

Paylaş:
291

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər