Bu gündən immunitet sertifikatı yeni qayda ilə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən immunitet sertifikatı yeni qayda ilə veriləcək

S.Xankişiyeva10:32 - 24 / 01 / 2022
Bu gündən immunitet sertifikatı yeni qayda ilə veriləcək

Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək.

1news.az-ın verdiyi xəbərə görə, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək.

Əvvəllər bu müddət 14 gün idi.

Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır

İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək

Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər