Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

11:38 - 24 / 01 / 2022
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Soyulan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakini Savalan Məmmədov saxlanılıb. Həmin şəxsdən ov tüfəngi, patronlar və ovladığı çöl heyvanı aşkar edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər