“Oğlumun ağrıdan əzab çəkdiyini görmək məni incidir. Onu xilas etməyə kömək edin!” - FOTO - VİDEO
4 yaşlı Cəfər Hüsənlinin valideynləri 1news.az saytına müraciət edib. Uşaq kəskin limfoblast leykozdan əziyyət çəkir.
Cəfərin anası Lalə xanımın sözlərinə görə, dekabrın ortalarında uşağın qəfildən temperaturu qalxıb və hər kəsə elə gəlib ki, bu sadəcə qripdir. Temperatur 4 gün düşmədikdən sonra həkimlər ona antibiotiklər yazıblar. Həmin antibiotikləri qəbul etdikdən sonra Cəfərin vəziyyəti kəskin şəkildə pisləşib: onun ürəyi bulanmağa başlayıb. Narahat olmuş valideynlər uşağı həkimə aparıblar. Həkim onları Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan analizi verməyə yönləndirib. Orada lazımi qan analizləri verməklə yanaşı Cəfər dalaq və qara ciyərin USM-dən keçib. Müayinələr narahatlıqları təsdiq edib: Cəfərdə leykoz aşkar edilib.
Vaxt itirmək istəməyən valideynləri bütün pullarını toplayaraq, Cəfəri dərhal Türkiyənin İstanbul şəhərində yerləşən “Medical Park” xəstəxanasına aparıblar. Orada uşağa T-hüceyrəli kəskin limfoblast leykoz diaqnozu qoyublar və kimya terapiyasının 1-ci kursunu keçiriblər.
Lakin indiyədək dostlar və həmkarlar vasitəsilə toplanmış vəsait demək olar ki, qurtarıb, Cəfərin isə müalicəsi davam etdirilməlidir.
Həkimlərin sözlərinə görə, azı daha 4 kimya terapiyası kursu, daha sonra isə ilik köçürülməsi üzrə əməliyyat keçirilməlidir.
Bir kimya terapiyası kursunun qiyməti 12 min ABŞ dolları, transplantasiya əməliyyatının qiyməti 72 min ABŞ dollarıdır. Yəni, ümumilikdə 120 min ABŞ dolları yığılmalıdır. Cəfərin ailəsinin buna imkanı çatmır.
Valideynləri “Facebook” və “Instagram” sosial şəbəkələrində Cəfərə yardım səhifələri açıblar. Bunun sayəsində, təxminən, 30 min ABŞ dolları toplamaq mümkün olsa da, Cəfərin həyatını xilas etmək üçün tələb olunan məbləğə hələ çox var...
“Bir ana kimi oğlumun ağrıdan əzab çəkdiyini görmək məni çox incidir. O, çox balacadır və başa düşmür ki, niyə ən sadə hərəkətlər belə onu yorur...Xəstələnənək Cəfər çox aktiv, hətta hiperaktiv uşaq idi, indi isə o hətta yataqdan belə qalxmaq istəmir. Ağrılara görə ayağa belə qalxmaqdan qorxur... Çox xahiş edirəm ki, oğlumuzu xilas etməyə kömək edəsiniz.. Həkimlər deyir ki, Cəfərin sağalmaq şansı var. Lakin bunun üçün böyük məbləğdə pul lazımdır”, - Cəfərin anası Lalə xanım deyir.
Onun sözlərinə görə, Cəfər əsl balaca döyüşçüdür. Vətən müharibəsinin ilk günlərində o valideynlərindən hərbi geyim almağı istəyib və müharibə bitməyincə bu geyimi çıxarmayıb. Kiçik yaşına baxmayaraq, Cəfər artıq bütün hərbi rütbələri əzbər bilir və özünə kartondan poqonlar hazırlayıb. Zəfər Gününü o səbirsizliklə gözləyirdi, hətta şer də hazırlamışdı, lakin həmin vaxt bütün ailə koronavirusa yoluxdu. Lakin Cəfər təslim olmadı, bir müddət sonra Vətən və orduya həsr olunmuş şeri hərbi geyimdə və bayrağın fonunda dedi. Cəfərin ən böyük arzusu böyüyüb hərbçi olmaq və mayor rütbəsinə yüksəlməkdir.
Valideynləri Cəfərin Vətənə səmimi sevgisini dəstəkləyir və onun arzularının mütləq həyata keçəcəyinə inanırlar. Lakin hazırda onların ən böyük arzusu övladlarının tezliklə sağalmasıdır.
Gəlin sağalmaqda Cəfər yardım edək!
Əlaqə vasitələri:
(051)6580210 – Cəfərin atası Elşad Hüsənli.
(050)8980022 – Cəfərin anası Lalə Hüsənli.
Aşağıda tibbi sənədlərin şəkillərini və Cəfərə yardım etmək üçün bank rekvizitlərini paylaşırıq.
Allah əvəzini versin!
Natali Aleksandrova